Sahibə Qafarova estoniyalı həmkarı ilə görüşdü

23:16 07.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova Estoniya Parlamentinin Prezidenti Yuri Ratasla görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə Y.Ratas “Twitter” səhifəsində bildirib.

Qeyd olunur ki, görüşdə “Şərq Tərəfdaşlığı”nın gələcəyi müzakirə olunub.

Estoniya Parlamentinin Prezidenti qeyd edib ki, oktyabrda Estoniya-Azərbaycan Parlamentlərarası işçi qrupu Azərbaycana səfər edəcək.